Hakan Fidan Aİ nümayəndələri ilə Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib

Türkiyənin xarici işlər naziri Hakan Fidan ölkədəki Avropa İttifaqı nümayəndəliyinin rəhbəri Nikolaus Meyer-Landrutu və Aİ-yə üzv ölkələrin Türkiyədəki səfirlərini qəbul edib.
BAKU.WS "oxu.az"a istinadən xəbər verir ki, görüş zamanı tərəflər Cənubi Qafqaz, Mərkəzi Asiya və Ukraynadakı müharibə, habelə İsrail-Fələstin münaqişəsi kimi aktual məsələləri müzakirə ediblər.
Türkiyəli nazir Qəzzada baş verən hadisələrlə bağlı mülki şəxslərə hücumların qəbuledilməz olduğunu və dərhal dayandırılmalı olduğunu qeyd edib. O, həmçinin əlavə edib ki, münaqişənin regional səviyyəyə keçməsinin qarşısını almaq lazımdır.
Mənbə: Anadolu
Oxşar xəbərlər
Fələstinin Azərbaycandakı səfiri: “Qəzzanı növbəti həftələrdə daha ağır faciələr gözləyir” - MÜSAHİBƏ + FOTO
“75 ildir davam edən bu münaqişə bir anda dayana bilər. Əgər İsrail işğala son verərsə, işğal edilən Fələstin torpaqları geri qaytarılarsa və Fələstin Dövlətini...
