Haitidə Prezident sarayına hücum olub, şiddətli döyüşlər baş verib - FOTO

Haitidə Prezident sarayına hücum olub, şiddətli döyüşlər baş verib - FOTO
Foto
Siyasət 53

Haitidə silahlı şəxslər tərəfindən paytaxt Port-o-Prins şəhərinin mərkəzində və onun ətrafında yerləşən bir neçə hökumət binasına genişmiqyaslı hücumlar olub.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, hadisə, minlərlə cinayətkar Haitinin paytaxt həbsxanasından qaçdıqdan sonra baş verib.

Məlumata görə, hücumlar koordinasiyalı şəkildə həyata keçirilib. Müxtəlif qruplar eyni vaxtda prezident sarayına, daxili işlər nazirliyinə, Port-o-Prinsin polis qərargahına və bir çox dövlət qurumlarına hücum ediblər.

Şəhərin mərkəzində polislə dəstə üzvləri arasında şiddətli qarşıdurma yaşanıb. Daha sonra dəstə üzvləri geri çəkilib.

Toqquşma nəticəsində silahlı dəstələrin 10 üzvü öldürülüb. Polislər arasında yaralı və ya ölənlərin olması barədə məlumat yoxdur.

Son xəbərlər