“Haber Global”ın əməkdaşı: “Qarabağda işlərin sürətlə davam etdiyinin şahidi oluruq”
Yeniliklərdən dərhal xəbərdar olun
“Qarabağda işlərin sürətlə davam etdiyinin şahidi oluruq”.
BAKU.WS xəbər verir ki, bu fikirləri report-a açıqlamasında işğaldan azad edilən ərazilərdə səfərdə olan türkiyəli jurnalist, “Haber Global” televiziya kanalının əməkdaşı Hamza Çiftçi deyib.
“Azərbaycan azad edilmiş ərazilərin bərpası və burada sabitliyin təmin olunması istiqamətində işlər görür. Biz də buna şahidlik edirik. Aprelin 23-dən etibarən Laçın yoluna nəzarət təmin olunub. Çünki nəzarətsizlik nəticəsində qanunsuz daşınmalar, hərbi daşınmalar həyata keçirilə bilər. Ona görə də bu addım çox vacibdir. Həm də Laçın yolu Azərbaycanın suveren ərazisidir. Rəsmi Bakı humanist şəkildə işlərini davam etdirir. Ümid edək ki, buna münasibət adekvat olacaq”, - türkiyəli jurnalist vurğulayıb.
Oxşar xəbərlər
Prezident və birinci xanım Zəngilanda “Ağıllı kənd”in açılışını etdilər
Mayın 27-də Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimi olub. BAKU.WS xəbər verir ki, Azərbaycan preziden...