"Haber Global" Şuşa və Trabzon şəhərlərinin qardaşlaşması barədə süjet hazırladı
Azərbaycanın Şuşa və Türkiyənin Trabzon şəhərləri arasında qardaşlaşma haqqında memorandum imzalanıb.
"Haber Global" bu mövzuya xüsusi diqqət ayırıb.
Telekanalın hazırladığı videosüjetdə bildirilir ki, Ümumdünya Şəhərsalma Forumunda Azərbaycan həm də işğaldan azad etdiyi torpaqlarda şəhərsalma təcrübəsini nümayiş etdirir. Bu zəmində Azərbaycanın Şuşa və Türkiyənin Trabzon şəhərlərinin qardaşlaşmasının xüsusi diqqət çəkdiyi qeyd olunub.
Sənədi Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov və Trabzon şəhər bələdiyyəsinin başçısı Ahmet Metin Genç imzalayıblar.
Oxşar xəbərlər
İlham Əliyev Volodimir Zelenskini Ukraynanın müstəqilliyinin 35 illiyi münasibətilə təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev ukraynalı həmkarı Volodimir Zelenskiyə təbrik məktubu ünvanlayıb. BAKU.WS-in məlumatına görə, təbrikdə deyilir: "Hörmətli cən...