"Haber Global": "İrəvandakı bəzi millət vəkilləri həmrəyliyi həzm etmədilər"- VİDEO

Haber Global: İrəvandakı bəzi millət vəkilləri həmrəyliyi həzm etmədilər- VİDEO
Video
Siyasət 263

Ermənistan Türkiyədə zəlzələdən zərər çəkən bölgələrə simvolik olaraq xilasetmə dəstəsi göndərdi, amma İrəvandakı bəzi millət vəkilləri bu həmrəyliyi belə, həzm etmədilər.

BAKU.WS xəbər verir ki, bu barədə Türkiyənin "Haber Global" televiziyasında yayımlanan süjetdə bildirilir.

Qeyd olunur ki, erməni deputatlar təxribat xarakterli açıqlamaları ilə Türkiyəyə verilən dəstəyi gündəmə gətirərək insanlıqdan nə qədər binəsib qaldıqlarını bir daha sübut ediblər.

"Hətta Ermənistan parlamentinin deputatı Akop Aslanyan "mənim üçün ən yaxşı türk ölü türkdür" deyəcək qədər irəli getdi", - deyə məlumatda vurğulanır.

Ətraflı süjeti təqim edirik:

Son xəbərlər