"Haber Global"ın efirində Azərbaycan liderinin son bəyanatları geniş işıqlandırılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin "Haber Global" telekanalında ekspertlərin iştirakı ilə hazırlanan verilişdə Azərbaycan Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsində səsləndirdiyi fikirlər yer alıb.
BAKU.WS xəbər verir ki, müzakirələrdə Azərbaycan rəhbərinin Ankara ilə Bakının sıx əməkdaşlığı, Türkiyə sərhədləri yaxınlığında terror təhlükəsinin yolverilməzliyi barədə sözlərinə xüsusi diqqət yetirilib.
Azərbaycan liderinin "Türkiyənin bütün digər sərhədlərində də terrorçuluğa yer olmamalıdır. Biz də Türkiyənin müttəfiqi kimi hər zaman istənilən formada onların yanındayıq və bunu Türkiyə tərəfi bilir" ifadəsinə xüsusi əhəmiyyət verən ekspertlər Prezident İlham Əliyevin Yaxın Şərqdə, xüsusilə Fələstin və Suriyadakı vəziyyətlə bağlı mövqeyi barədə danışıblar.
İstanbul Gelişim Universitetinin doktorantı Ali Semin bildirib ki, Türk Dövlətləri Təşkilatının aktiv fəaliyyət göstərməsində Türkiyə və Azərbaycanını xüsusi rolu var. Türkiyəli siyasi ekspert Oğuzhan Bilgin isə rəsmi Tehranın Azərbaycan və Türkiyəyə qarşı siyasətini kəskin tənqid edib.
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...