"Haber Global" İlham Əliyevlə Sərdar Berdiməhəmmədovun görüşünə xüsusi diqqət ayırıb
İyunun 22-də Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycana səfər edib. Səfər çərçivəsində o, Azərbaycan Prezidenti İlham Əliyevlə görüş keçirib və tərəflər arasında bir sıra ikitərəfli sənədlər imzalanıb.
BAKU.WS xəbər verir ki, "Haber Global" telekanalı bu səfərə xüsusi diqqət ayırıb.
Videomaterialda prezidentlərin təkbətək və geniş tərkibdə keçirdikləri görüşlər, eləcə də səsləndirdikləri mesajlar işıqlandırılıb.
Süjetdə vurğulanıb ki, Azərbaycan və Türkmənistan həm milli səviyyədə, həm də birgə təşəbbüslər vasitəsilə təkcə regionda deyil, qlobal miqyasda da mühüm rol oynayırlar.
Bundan başqa, videomaterialda iki ölkə arasında imzalanan sənədlər və prezidentlərin qəbul etdikləri Birgə Bəyanat barədə də məlumat verilib.
Daha ətraflı videosüjetdə:
Oxşar xəbərlər
"Qafqaz qartalı - 2026" hərbi təlimi nəyə hesablanıb? - Üç ölkənin verdiyi mesaj
Baku TV-nin "Hərbi xronika" verilişinin budəfəki buraxılışında Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlılarının Tbilisi yaxınlığındakı Muxrovani bazasın...