"Haber Global" İlham Əliyevin Özbəkistan səfərinin ikinci günündən bəhs etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Avqustun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özbəkistanlı həmkarı Şavkat Mirziyoyevlə birlikdə Buxarada bir sıra tarixi məkanları ziyarət edib.
BAKU.WS xəbər verir ki, "Haber Global" Azərbaycan Prezidentinin Özbəkistana səfərinin ikinci günü ilə bağlı xüsusi videomaterial hazırlayıb.
Süjetdə Buxara şəhərində İlham Əliyevin qarşılanma mərasimindən videogörüntülər təqdim olunub. Daha sonra Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Buxaranın tarixi məkanlarından olan İsmayıl Samani türbəsini və şəhərin simvollarından biri sayılan Kalyan minarəsini ziyarət etdikləri qeyd olunub.
Həmçinin vurğulanıb ki, Azərbaycan və Özbəkistan prezidentləri, eləcə də birinci xanımlar Buxaradakı "Poyi-Kalon" kompleksi ilə tanış olublar.
Daha ətraflı videomaterialda:
Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq
Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanı TDT-nin Zirvə görüşündə təmsil edəcək. BAKU.WS "Report"a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Pr...