"Haber Global" İlham Əliyevin Özbəkistan səfərindən süjet təqdim edib
"Haber Global" telekanalı Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistanın paytaxtı Daşkənd şəhərinə dövlət səfəri haqqında süjet təqdim edib.
BAKU.WS xəbər verir ki, süjetdə "Daşkənd-Xumo" Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzüldüyü bildirilir.
Qeyd edilir ki, Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev və xanımı Ziroatxon Mirziyoyeva qarşılayıblar.
Məlumata görə, İlham Əliyevin Ali Dövlətlərarası Şuranın üçüncü iclasında iştirakı gözlənilir.
Bildirilir ki, Azərbaycan Prezidenti səfərdən öncə Özbəkistan mediasına müsahibə verərək iki ölkənin müxtəlif məsələlərin həllinə yönəlik ortaq səylərinin təqdir gördüyünü vurğulayıb və bu çərçivədə Türk Dövlətləri Təşkilatının önəminə diqqət çəkib.
Oxşar xəbərlər
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
Müdafiə Nazirliyi həftə ərzində baş vermiş hadisələrdən ibarət icmal hazırlayıb. BAKU.WS xəbər verir ki, nazirliyin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin...