İlham Əliyev və Ərdoğandan Kahramanmaraşa simvolik ziyarət – dondurma jesti ilə tamamlanan səfər

Türkiyənin "Haber Global" telekanalı Azərbaycan Prezidenti İlham Əliyevin Kahramanmaraşa səfəri ilə bağlı geniş süjet yayımlayıb.
BAKU.WS xəbər verir ki, süjetdə açılışdan sonra iki liderin zəlzələdən zərərçəkmiş bir ailənin evinə baş çəkdiyi, ailə ilə söhbət etdiyi və yeni tikilən evlərə eyvandan baxış keçirdikləri qeyd olunub.
Səfər çərçivəsində Heydər Əliyev adına ibtidai məktəb də ziyarət olunub. Kanalın süjetində vurğulanır ki, məktəbdə "Çırpınırdın, Qara dəniz" mahnısı səsləndirilib, bir şagirdin səsləndirdiyi şeir isə liderləri emosional anlara sürükləyib.
Süjetin ən çox diqqət çəkən hissələrindən biri isə dondurma səhnəsidir. "Haber Global" qeyd edir ki, Ərdoğan İlham Əliyevə ənənəvi Maraş dondurması təqdim edib. Azərbaycan Prezidenti dondurmanı qəbul etdikdən sonra onu ənənəyə uyğun olaraq özü kəsib. Kanal bu jesti iki ölkə liderləri arasındakı dostluğun səmimi təzahürü kimi təqdim edir.
Prezident İlham Əliyevin çıxışı zamanı izdiham tərəfindən "Qarabağ fatehi" şüarları səsləndirilib. "Haber Global" bu səhnələri liderin nüfuzunun və Azərbaycan – Türkiyə münasibətlərinin gücünün göstəricisi kimi şərh edib.
Oxşar xəbərlər
Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin cinayət işi üzrə növbəti MƏHKƏMƏ
Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilir. BAKU.WS xəbər verir ki, proses Bakı Məhk...
