"Haber Global"da Tramp-Zelenski və Avropa liderlərinin görüşü təhlil edilib

Türkiyənin "Haber Global" televiziya kanalında Rusiya-Ukrayna münaqişəsi ətrafında yaranan son siyasi vəziyyət və ABŞ-Rusiya dialoqu müzakirə edilib.
BAKU.WS xəbər verir ki, verilişə dəvət alan siyasi ekspertlər Vaşinqtonda baş tutan Tramp-Zelenski və Avropa liderlərinin görüşünün üzərində xüsusi dayanaraq, danışıqların nəticələrini təhlil ediblər.
İstanbul Gelişim Universitetinin doktorantı Ali Semin Donald Trampın 12 gün davam edən İsrail-İran müharibəsini dondurduğu kimi, hər vəchlə eyni ssenarini Rusiya-Ukrayna münaqişəsində də həyata keçirmək istədiyini bildirib.
"Şərtlər nə olursa-olsun, savaş dondurulsa belə, bitməyəcək. Avropanın, Ukraynanın təhlükəsizliyi təmin edilməlidir. Avropa liderlərinin Vaşinqtondakı niyyəti Donald Trampı öz tərəflərinə çəkmək məqsədi daşıyırdı. Tramp bu gün Putinə tərif yağdırır, lakin sabah onun mövqeyinin nə olacağı bəlli deyil", - deyə Ali Semin bildirir.
Oxşar xəbərlər
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Londonda yüksəksəviyyəli iqlim dialoqunda iştirak edib
Londonda yerləşən tarixi Marlboro Sarayında "Dəniz səviyyəsinin dəyişməsi və qeyri-bərabər nəticələr: Xəzər dənizi və inkişaf etməkdə olan kiçik ada dövlətləri...
