"Haber Global": Azərbaycanın sülh strategiyası bütün dünyada təqdir edilir
Azərbaycan Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə rəsmi görüşlərini davam etdirərək Ermənistanın baş naziri Nikol Paşinyanla danışıqlar aparıb.
Bu barədə "Haber Global" telekanalının hazırladığı süjetdə bəhs edilir.
Bildirilir ki, heyətlərarası görüşdə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan da iştrak ediblər.
Süjetdə xatırladılır ki, Azərbaycan və Ermənistan əvvəllər Ağ Evdə keçirilən tarixi zirvə görüşündə iki ölkə arasında sülh müqaviləsini paraflamışdılar.
"Cənubi Qafqazda sülh gündəliyini müəyyənləşdirən əsas aktor Azərbaycanın sülh strategiyası bütün dünyada təqdir edilir", - deyə süjetdə vurğulanır.
Oxşar xəbərlər
Azərbaycanda vəzifəli şəxs CƏRİMƏLƏNDİ
"Mərkəzi Nəbatat Bağı" Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri Əli Cəfərov cərimələnib. BAKU.WS "Qaynarinfo"ya istinadən xəbər verir ki, Əmək və Əhalinin Sos...