"Haber Global": Azərbaycan Qəzzada baş verənlərə səssiz qalmayıb
Azərbaycan İsraillə əməkdaşlığına başmayaraq, Qəzzada baş verənlərə səssiz qalmayıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu fikirlər Türkiyənin "Haber Global" telekanalında səsləndirilib.
Kanalın canlı yayımında danışan professor Zeynep Deniz Altınsoy bildirib ki, Azərbaycan Xocalı soyqırımını yaşamış bir ölkə olaraq, bunun faciəvi tərəfini çox yaxşı başa düşür və bunu diplomatik müstəvidə ifadə edir:
"Azərbaycan Qəzzadakı qırğına hər dəfə vurğu edib və bu mövqeyindən geri addım atmayıb".
Professor Azərbaycanın bu məsələdə Türkiyənin mövqeyi ilə həmrəylik nümayiş etdirdiyini vurğulayıb.
"Avropa Birliyi, yaxud ABŞ Qəzzada yaşananlara hələ indi reaksiya verdiyi halda, Azərbaycan bunu daha əvvəl edib".
Oxşar xəbərlər
Zakir Həsənov özbəkistanlı generallarla komando hərbi hissəsində olub
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov, müdafiə sənayesi naziri Vüqar Mustafayev, ölkəmizdə rəsmi səfərdə olan Özbəkistan Res...