Gürcüstanlı səyahətçi: Hər dəfə Qarabağda tikinti işlərinin necə fəal getdiyinin şahidi oluram
Mən artıq bir neçə dəfə Qarabağa səfər etmişəm və hər dəfə regionda tikintinin necə fəal getdiyini görürəm.
"Report" xəbər verir ki, bunu Gürcüstandan olan jurnalistlər qrupunun tərkibində Qarabağa səfər edən gürcüstanlı jurnalist Ramilə Əliyeva deyib.
O, Qarabağ bölgəsinin erməni işğalından azad edildikdən sonra bərpa olunduğunu görərək Azərbaycan üçün qürur hissi keçirdiyini söyləyib.
"Azərbaycanın azad edilmiş ərazilərdə layihələri həyata keçirərkən göstərdiyi həvəsə heyranam", - o vurğulayıb.
Gürcüstanda yaşayan etnik azərbaycanlı olan R.Əliyeva Qarabağın bütün dünya azərbaycanlılarının həmrəylik rəmzi olduğuna diqqət çəkib. O vurğulayıb ki, imkan olduqda, ailəsi və dostları ilə birlikdə yenidən Qarabağa gəlməkdən məmnun olacaq.
Səyahətçi həmçinin qeyd edib ki, Qarabağa səfəri çərçivəsində Şuşada keçirilmiş media forumlarına qatılıb.
"Bu forumlar mənim üçün çox önəmli idi, orada çox vacib məsələlər qaldırılmışdı. Ərazi bütövlüyünü bərpa etməklə Azərbaycan dünya siyasətindəki rolunu göstərdi və ölkənin çiçəklənməsi Gürcüstana və bütün Cənubi Qafqazın inkişafına müsbət təsir göstərəcək", - gürcüstanlı səyahətçi əlavə edib.
Oxşar xəbərlər
Hikmət Hacıyev Fəxrəddin Altun və Akif Çağatayla Cənubi Qafqazı müzakirə edib
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyə Prezident Administrasiyasın...