Gürcüstanın XİN başçısı istefa verib
04
apr
2022
11:15
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Gürcüstanın xarici işlər naziri David Zalkaliani istefa verib.
BAKU.WS-in "report"a istinadən məlumatına görə, bu barədə ölkənin Baş naziri İrakli Qaribaşvili bildirib.
Onun sözlərinə görə, D.Zakaliani Gürcüstanın ABŞ-da səfiri olacaq.
İ.Qaribaşvili deyib ki, xarici işlər naziri vəzifəsinə İlya Darçiaşvili təyinat alıb.
Qeyd edək ki, İ.Darçiaşvili ötən ilin martından Gürcüstanın hökumət administrasiyasının rəhbəri olub. O, təyinatdan öncə Gürcüstanın Polşada səfiri işləyib. Onun diplomatik xidmətdə çoxillik təcrübəsi var.
Oxşar xəbərlər
Azərbaycan-Gürcüstan XİN başçıları Ermənistanın revanşist bəyanatlarını müzakirə etdi
Bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Gürcüstan xarici işlər naziri David Zalkaliani ilə görüşüb. Xarici İşlər Nazirliyinin (XİN...