Gürcüstanda fövqəladə vəziyyətin ləğvi atəşfəşanlıqla qeyd olundu

Gürcüstanda mayın 22-ə keçən gecə fövqəladə vəziyyətin ləğv olunması atəşfəşanlıqla qeyd olunub.
BAKU.WS-in məlumatına görə, Tbilisidə insanlar bir-birini hərəkət məhdudiyyətinin aradan qaldırılması münasibətilə təbrik edib.
Ölkə tarixinin ən uzun və sərt komendant saatı 53 gün davam edib. Burada fövqəladə vəziyyət martın 21-də, komendant saatı isə martın 31-də tətbiq edilib. Hər iki rejim mayın 23-də ləğv edilib.
Mağazalar əvvəlki iş rejiminə qayıdıb, 70 yaşdan yuxarı şəxslərə evdən çıxmağa, eləcə də avtomobildə 3 nəfərdən artıq şəxsin olmasına icazə verilib. Bununla belə, bəzi məhdudiyyətlər qüvvədə qalacaq. Belə ki, qapalı məkanlarda maskasız olmaq qadağan edilir, həmçinin insanlar bir-birindən 2 metr məsafədə dayanmalıdır.
Bu günədək Gürcüstanda 728 nəfər koronavirusa yoluxub, 12 nəfər ölüb, 509 nəfər sağalıb.
Oxşar xəbərlər
Türkiyədə yenidən dörd günlük komendant saatı tətbiq ediləcək
Türkiyədə koronavirusun yayılması ilə mübarizə çərçivəsində komendant saatı tətbiq ediləcək. BAKU.WS Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyə prezidenti...