Gürcüstanda azərbaycanlı şəxs güllələnərək qətlə yetirilib
12
okt
2023
22:14
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli bələdiyyəsində orta yaşlı azərbaycanlı kişi güllələnib.
APA-nın Gürcüstan bürosu xəbər verir ki, insident yerli vaxtla saat 20:30-da şəhərin Nizami Gəncəvi küçəsində baş verib.
Güllələnən şəxsin Marneuli sakini Rasim Gərəhməzli olduğu bildirilib.
O, aldığı güllə yarasından yerindəcə keçinib.
Əraziyə polis cəlb olunub, faktla bağlı istintaq başladılıb.
Oxşar xəbərlər
İstanbulda silahlı atışmada yaralanan azərbaycanlıların adları məlum olub - VİDEO - YENİLƏNİB
Türkiyənin İstanbul şəhərinin Sarıyer rayonunda yerləşən "Vadi İstanbul" Ticarət Mərkəzində ötən gün yerli vaxtla axşam saat 20:00 radələrində naməlum qruplar a...