Gürcüstan XİN rəhbəri: Regionda sülh və sabitlik üçün birgə səylərimiz öz nəticəsini verəcək

Gürcüstan XİN rəhbəri: Regionda sülh və sabitlik üçün birgə səylərimiz öz nəticəsini verəcək
Foto
Siyasət 66

Regionda sülh və sabitliyin yaradılması istiqamətində birgə səylərimiz öz nəticəsini verəcək.

BAKU.WS Apa-ya istinadən xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili bildirib.

“Tbilisinin Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında görüşə ev sahibliyi etməsini görməkdən çox qürur duyuram. Əminəm ki, regionda sülh və sabitliyin yaradılması istiqamətində birgə səylərimiz öz nəticəsini verəcək”, - Gürcüstan XİN başçısı vurğulayıb.

Son xəbərlər