Gürcüstan polisi erməni diasporasının Azərbaycana qarşı təxribatına icazə verməyib - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Gürcüstanın paytaxtı Tbilisidə fəaliyyət göstərən radikal erməni qrupunun təşkilatçılığı ilə Azərbaycana qarşı yürüş keçirilib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, paytaxtın Vake parkı adlanan ərazisinə toplanmış təxminən 100-dək diaspora üzvü Avropa İttifaqının (Aİ) Tbilisidəki nümayəndəliyinin qarşısına yürüş edib. Aksiyaçılar burada Azərbaycan və Türkiyə əleyhinə müxtəlif şüarlar səsləndiriblər.
Əraziyə çox sayda hüquq-mühafizə orqanı əməkdaşı cəlb edilib. Polis radikal qrupa özünü buraxmış qondarma qurumun “bayrağının” açılmasına icazə verməyib. Aİ nümayəndəliyi qarşısında müxtəlif şüarlar səsləndirən ermənilər daha sonra ərazini tərk ediblər. Aİ nümayəndəliyi ermənilərin aksiyasına heç bir reaksiya verməyib.
Qalereya
Oxşar xəbərlər
İlham Əliyev Şuşa Qlobal Media Forumunda çıxış edib - YENİLƏNİB + FOTO/VİDEO
İyulun 21-də “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Res...