Gürcüstan parlamentinin qarşısındakı aksiyada 13 nəfər saxlanılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Gürcüstanın paytaxtı Tbilisidə “xarici agentlər” haqqında qanuna qarşı keçirilən aksiyada 13 nəfər saxlanılıb.
BAKU.WS Report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Onlar xırda xuliqanlıq və polisə tabe olmadıqları üçün saxlanılıb.
Qeyd edək ki, qanunun qəbul edilməsindən sonra polislə etirazçılar arasında gərginlik yaşanıb.
Hazırda parlament binasının yerləşdiyi Rustaveli prospektində gərginlik davam edir. Polis binanı tam nəzarətdə saxlayır. Əraziyə çox sayda polis xüsusi təyinatlıları və su şırnağı maşınları cəlb edilib.
Oxşar xəbərlər
Tbilisidə etiraz aksiyası zamanı 63 nəfər saxlanılıb - VİDEO
Gürcüstanın paytaxtı Tbilisidə parlament binası yaxınlığında hüquq-mühafizə orqanlarının əməkdaşları ilə aksiya iştirakçıları arasında toqquşmada 63 nəfər saxla...