Gürcüstan müxalifəti yenidən parlament binası qarşısında mitinq keçirəcək
Yeniliklərdən dərhal xəbərdar olun
Gürcüstanın müxalif "Vahid Milli Hərəkat" partiyası bu gün parlament binası qarşısında mitinq keçirəcək.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, təşkilatçılar saat 17:00-da başlayacaq mitinqin məqsədinin ölkənin Avropa yolunu dəstəkləmək olduğunu bəyan ediblər.
"Gürcüstanın tarixi seçimi reallığa çevrilməlidir- müstəqil Gürcüstan Avropa İttifaqının (Aİ) tamhüquqlu üzvü olmalıdır", - deyə partiyanın bəyanatında bildirilib.
Bəyanatda hakim Gürcü Arzusu partiyası Gürcüstanı məqsədyönlü şəkildə Avropadan uzaqlaşdırmaqda və Gürcüstanı Avropaya yaxınlaşdıracaq siyasi iradəsi olmadığı üçün qəsdən Aİ Şurasının 12 tövsiyəsini yerinə yetirməməkdə ittiham edilib.
Aksiyada "Rusiyaya yox", "Rusiya hökumətinə yox", "ölkənin ruslaşdırılmasına yox" şüarlarının səsləndiriləcəyi qeyd olunub.
Oxşar xəbərlər
Türkiyədə seçkilərdə bu partiyalar iştirak edə biləcək - SİYAHI
Türkiyədə mayın 14-də keçirilməsi nəzərdə tutulan prezident və parlament seçkilərində 36 partiya iştirak edə biləcək. Bunu ölkənin Ali Seçki Şurası açıqlayıb. B...