Gürcüstan bu ilin yayından PUA istehsalına başlayacaq

Gürcüstan bu ilin yayından PUA istehsalına başlayacaq
Siyasət 51

Gürcüstan cari ilin yayından etibarən pilotsuz uçuş aparatlarının (PUA) istehsalına başlayacaq. İl ərzində ölkədə 1000-1500 ədəd kəşfiyyat və döyüş PUA-larının istehsalı nəzərdə tutulub.

BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze bildirib.

Nazir deyib ki, ilk kəşfiyyat və döyüş PUA-ları artıq Baş nazir İrakli Qaribaşvilinin iştirakı ilə uğurla sınaqdan keçirilib. PUA-lar Tbilisi yaxınlığındakı Gürcüstan-Polşa birgə müəssisəsində istehsal olunacaq.

Tikintisi ötən ilin dekabrında başa çatan müəssisənin sahibi 2022-ci ildə Gürcüstanın “Delta” şirkəti və Polşanın “WB Electronics S.A” şirkəti tərəfindən təsis edilmiş “Delta-WB” şirkətidir.

Nazirin sözlərinə görə, birgə müəssisədə “Warmate” kamikadze və “Flyeye” kəşfiyyat PUA-larının istehsalı planlaşdırılır.

Son xəbərlər