Gürcü politoloq: “Azərbaycanın tarixi ərazilərini bərpa etməsi gürcü xalqı və dövləti üçün xoşdur”
Yeniliklərdən dərhal xəbərdar olun
“Azərbaycan öz tarixi ərazilərini bərpa edib. Bu gürcü xalqı və dövləti üçün də çox xoş bir haldır. Çünki Gürcüstanın da bənzər problemləri var və Azərbaycan nümunəsi gürcü xalqını ruhlandırır”.
Bu fikirləri "Report"un yerli bürosuna gürcü politoloq Tengiz Txilava deyib.
Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin region üçün təklif elədiyi bütün strateji layihələrdə Gürcüstan aktiv iştirak edəcək:
“25 il bundan öncə Azərbaycan-Gürcüstan dostluğuna həm də strateji tərəfdaşlıq əlavə olundu. Bir çox əhəmiyyətli ortaq layihələri Azərbaycan Gürcüstanın iştirakı ilə Gürcüstanın ərazisindən keçməklə reallaşdırır”.
"Gürcüstan və Azərbaycan arasında bir çox ortaq nöqtələr var. Bunlardan ən vacibi isə çoxmillətlilik və tolerantlıqdır.
Azərbaycanda gürcü, erməni, rus, yunan və digər xalqlar eyni hüquqlar çərçivəsində rahat şəkildə yaşayırlar. Gürcüstanda da həmçinin azərbaycanlı, erməni, gürcü xalqları birgə yaşaya bilirlər. Heç vaxt da onları heç kim sıxışdırmayıb", - politoloq qeyd edib.
T.Txilava həmçinin xatırladıb ki, Ümummilli Lider Heydər Əliyevin Gürcüstana ziyarəti zamanı yerli ictimaiyyət nümayəndələri ilə görüşlərində iştirak edib:
“Daha sonra isə bir neçə dəfə Prezident İlham Əliyevlə də görüşmüşəm. Bakı və bölgələrdə bir çox filmlər çəkmişəm. Özüm də şahidi olmuşam ki, Bakı və digər şəhərlər necə inkişaf edib”.
Oxşar xəbərlər
İlham Əliyev Şuşa Qlobal Media Forumunda çıxış edib - YENİLƏNİB + FOTO/VİDEO
İyulun 21-də “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Res...