Günün Yekunu - 29 mart 2021
Yeniliklərdən dərhal xəbərdar olun
Ölkə gündəminin qısa xülasəsini öyrənmək üçün hər gün saytımızda “Günün Yekunu” adlı xəbər blokumuzu izləyə bilərsiniz.
Azərbaycanda Ramazan ayının başlama tarixi məlum olub.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/social/115088
"Karantin qaydalarının sərtləşdirilməsi epidemioloji vəziyyətə görə qəbul edilir. İndi vəziyyət pisləşməyə doğru gedir və yoluxma potensialı artır".
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/coronavirus-azerbaijan/115091
Ağır yaralanan daha 27 qazimiz “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilib.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/social/115097
Bakıda daha iki məktəb koronavirusa görə bağlanıb.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/coronavirus-azerbaijan/115098
Azərbaycanda 2021-ci ilin aprel ayında müddətli həqiqi hərbi xidmətə göndəriləcək çağırışçılar Silahlı Qüvvələr üzrə xidmət yerlərinə təyinatla bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən martın 27-də SMS vasitəsilə məlumatlandırılıblar.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/115099
2020-ci il dekabrın 10-da Bakıda imzalanmış Türkiyə və Azərbaycan hökumətləri arasında şəxsiyyət vəsiqəsi ilə səyahət protokolunun daxili təsdiq prosesi hər iki ölkə tərəfindən başa çatdırılıb.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/115109
"Əgər epidemiya təhlükəsi artırsa, insanın sağlamlığından vacib heç nə ola bilməz. Bu istiqamətdə də atılan addımları normal qarşılamaq lazımdır".
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/coronavirus-azerbaijan/115115
Martın 29-da Mərkəzi Komanda Məntəqəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi altında nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, eləcə də videobağlantı vasitəsilə azad edilmiş ərazilərdə yerləşən birlik və birləşmə komandirləri, o cümlədən digər məsul zabitlərin də cəlb olunması ilə xidməti müşavirə keçirilib.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/115120
“Caliber” layihəsinin 23-cü buraxılışı təqdim olunub.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/video/115121
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İşçi qrupunun üzvü, həkim-infeksionist Nilufər Məmmədova Azərbaycanda COVID-19-la bağlı son vəziyyət, yoluxma sayındakı artımla bağlı Modern.az-ın suallarını cavablandırıb.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/coronavirus-azerbaijan/115122
Aprelin 1-dən etibarən Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda rəsmi qeydiyyatda olan əhali icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan 2550 sayda tibbi xidmətdən istifadə edəcək.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/social/115126
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 129 yeni yoluxma faktı qeydə alınıb, 349 nəfər müalicə olunaraq sağalıb.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/coronavirus-azerbaijan/115138
Oxşar xəbərlər
Günün Yekunu - 19 mart 2021
Ölkə gündəminin qısa xülasəsini öyrənmək üçün hər gün saytımızda “Günün Yekunu” adlı xəbər blokumuzu izləyə bilərsiniz. "Bu günlərdə 3 xəstəmizdə Britaniya ştam...