Günün Yekunu - 13 aprel 2021
Yeniliklərdən dərhal xəbərdar olun
Ölkə gündəminin qısa xülasəsini öyrənmək üçün hər gün saytımızda “Günün Yekunu” adlı xəbər blokumuzu izləyə bilərsiniz.
Ramazan ayı boyunca məscidlərdə canlı xütbələr, sosial şəbəkələr üzərindən yayımlar olacaq. Dini ayinlər də keçən il olduğu kimi canlı yayım vasitəsi ilə icra olunacaq.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/islam/116353
Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı konfransda çıxış edib.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/116354
Azərbaycan həmişə konstruktiv mövqedə olub. Keçmiş həmkarlarla, Minsk Qrupunun səfirləri ilə görüşümüzdə hər zaman dediyim kimi, biz münaqişənin həlli yollarının tapılmasında hər zaman maraqlı olmuşuq. Çünki biz münaqişədən əziyyət çəkən tərəfik.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/116367
İlk olaraq, belə bir tədbir təşkil etdiyinə görə ADA Universitetinə, cənab Paşayevə minnətdarlığımı bildirmək istəyirəm. Şadam ki, Universitet qısa zaman ərzində geniş beynəlxalq əlaqələr qurub. Mən, eyni zamanda, tədbirin iştirakçılarına minnətdarlığımı bildirirəm. Belə ki, müharibədən sonra vəziyyət dəyişib. Atəşkəs əldə olunmasına baxmayaraq, münaqişə ilə bağlı çoxlu suallar qalmaqdadır.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/116372
"Epidemioloji vəziyyət pisləşdikcə, yoluxma sürəti artdıqca və stasionarda yer olmadıqca, karantin qaydaları sərtləşə bilər. Çünki epidemioloji vəziyyət nə qədər pis olsa, karantin qaydaları o qədər sərt olacaq. Bu, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tələbidir".
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/coronavirus-azerbaijan/116377
Nazirlər Kabineti yanında Operativ Qərargah daha 3 növ üzrə Azərbaycan milli komandalarına məşq icazəsi verib.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/sports/116381
Prezident İlham Əliyev 2021-ci ildə futbol üzrə Avropa çempionatının 4 oyununun (üç qrup və bir 1/4 oyunu) Bakı şəhərində keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında sərəncam imzalayıb.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/116398
Azərbaycanda bu gün koronavirus infeksiyasına 2457 yeni yoluxma faktı qeydə alınıb, 2002 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/coronavirus-azerbaijan/116412
Oxşar xəbərlər
Prezident bu şəxsləri əfv etdi - SƏRƏNCAM
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncamda deyilir: 1. Azadlıqdan m...