Güney Azərbaycanda zəlzələdən dağılan bölgələrə dövlət yardım etmir - VİDEO

Güney Azərbaycanda zəlzələdən dağılan bölgələrə dövlət yardım etmir - VİDEO
Video
Siyasət 167

Güney Azərbaycanın güclü zəlzələ nəticəsində dağılan Xoy bölgəsinin əhalisi çarəsiz vəziyyətdədir, onlara yardım göstərilmir.

BAKU.WS xəbər verir ki, bu barədə "Azad İran" teleqram kanalı məlumat yayıb.

Bildirilir ki, sərt qış günləri və qazsızlıqdan əziyyət çəkən əhalinin vəziyyəti təbii fəlakətlə daha da pisləşib. Amma səlahiyyətli orqanlardan onlara yardım əli uzadan yoxdur.

Sakinlərin sözlərinə görə onların telefon zənglərinə cavab verilmir.

"Hətta bir ədəd çadır da vermirlər", - deyə zərərçəkənlərdən biri şikayətində bildirib.

Son xəbərlər