Gündüz İsmayılov: "Ermənilər dini abidələrimizi yer üzündən siliblər"
Yeniliklərdən dərhal xəbərdar olun
"İşğal dövründə yüzlərlə ziyarətgahımız dağıdılıb, yer üzündən silinib. Yalnız yarısağlam vəziyyətdə qalan Ağdamda Cümə məscidi və Şuşada Yuxarı Gövhər Ağa məscididir. Yəni İslam dininə məxsus abidələrimiz yer üzündən demək olar silinib".
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu fikirləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov "Böyük Qayıdış: Mədəniyyətin dirçəlişi " konfransında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, işğalçıların alban kilsələrinə münasibəti isə başqa olub: "Onlar həmin kilsələri özününküləşdirməyə çalışıblar, edə bilmədiklərini isə dağıdıblar".
Oxşar xəbərlər
Alban-Udi xristian dini icması Tuğda qədim alban məbədini ziyarət etdi - FOTO
Qafqazdakı Alban Həvarilər Müstəqil Kilsəsinin varisi olan Alban-Udi xristian dini icması işğaldan azad edilən Xocavənd rayonunun Tuğ kəndinə səfər edib. BAKU.W...