"Gülbaharlar" adlı mütəşəkkil dəstə ələ keçib - VİDEO

Gülbaharlar adlı mütəşəkkil dəstə ələ keçib - VİDEO
Video
Siyasət 2

Türkiyənin 4 vilayətində eyni vaxtda həyata keçirilən “Qəfəs-48” əməliyyatlarında “Gülbaharlar” kimi tanınan mütəşəkkil cinayət qrupu zərərsizləşdirilib.

BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Naziri Yerlikaya məlumat yayıb.

Yerlikaya sosial media hesabından verdiyi açıqlamada "Şəhər quldurlarının nəfəs almasına icazə verməyəcəyik. Millətimizin dincliyini pozan mütəşəkkil cinayət təşkilatlarını bir-bir məhv edib qəfəsə salacağıq" deyib.

Mərkəzi Şanlıurfa olan İstanbulda təşkil edilən əməliyyatlarda aralarında təşkilatın lideri Cəlal Gülbaharın və mütəşəkkil cinayətkarların olduğu 16 şübhəli tutulub.

Yerlikaya əməliyyatları təşkil edən polis qüvvələrini təbrik edərək deyib:

“Gülbaharlar” kimi tanınan mütəşəkkil cinayətkar dəstənin üzvləri olan şübhəlilərin ağır soyğunçuluq, silahla hədələmə və silahla qəsdən yaralama, əmlaka zərər vurma və digər cinayətləri törətdikləri müəyyən edilib. Cinayət törətmək məqsədi ilə təşkilat yaradaraq 6136 saylı qanun pozuntusuna yol verilib. Keçirilən əməliyyat tədbirləri nəticəsində birinci “Aparılan təsbitlərə görə, 3 ədəd sənədsiz tapança, 2 ədəd ov tüfəngi və çoxlu sayda patron, çek və əskinaslar götürülüb".

Son xəbərlər