Güc strukturları Ulu Öndərin məzarını ziyarət edib

Güc strukturları Ulu Öndərin məzarını ziyarət edib
Foto Video
Siyasət 112

Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları Ümummilli Lider Heydər Əliyevin vəfatının 21-ci ildönümü ilə əlaqədar Fəxri Xiyabanı ziyarət edib.

BAKU.WS xəbər verir ki, DTX rəisi general-polkovnik Əli Nağıyev və xidmətin əməkdaşları Ulu Öndərin məzarını ziyarət edib, dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiramlarını bildirərək məzarı önünə əklil və gül dəstələri qoyublar.

Bundan başqa DTX əməkdaşları görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini anıb, məzarı üzərinə gül dəstələri düzüb.

Baş prokuror Kamran Əliyev, prokurorluğun rəhbər heyəti və prokurorluq əməkdaşları Ümummilli Lider Heydər Əliyevin vəfatının 21-ci ildönümü ilə bağlı Fəxri xiyabanı ziyarət ediblər.

Ulu Öndərin məzarı önünə gül dəstələri qoyulub, əziz xatirəsi dərin ehtiramla yad edilib.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib, məzarı üzərinə gül dəstələri qoyulub.

Daxili İşlər Nazirliyinin rəhbərliyi 12 dekabr - Ümummilli Lider Heydər Əliyevin anım günü münasibətilə Ulu Öndərin məzarını ziyarət ediblər.

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun rəhbərliyi ilə nazirliyin əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları Fəxri xiyabana gedərək Ulu Öndərin məzarının önünə gül dəstələri qoyub, əziz xatirəsini böyük ehtiramla anıblar.

Son xəbərlər