GUAM PA-nın müşahidə missiyası: “Seçkilərdə yüksək seçici fəallığı müşahidə etdik”
Yeniliklərdən dərhal xəbərdar olun
“Dünən xeyli seçki məntəqəsində olduq. Seçkilər yüksək səviyyədə təşkil olunmuşdu. Azad və ədalətli keçirildi".
BAKU.WS xəbər verir ki, bunu Ukraynadan olan müşahidəçi, Ukrayna Ali Dumasının deputatı Marian Zabloskiy deyib.
O, seçkilərdə yüksək seçici fəallığını müşahidə etdiyini vurğulayıb:
“Azərbaycanda seçkilər beynəlxalq standart və tələblərə, həmçinin ATƏT və Avropa Şurasının qaydalarına uyğun keçirilib. Seçki məntəqələrində seçicilərin sərbəst səs vermələri, müşahidəçilərin prosesi rahat izləmələri üçün hər bir şərait yaradılmışdı".
GUAM nümayəndə heyəti seçki komissiyalarının işi və ümumilikdə səsvermənin təşkili və keçirilməsi ilə bağlı heç bir iradı olmadığını bəyan edib.
Oxşar xəbərlər
Ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr açıqlandı
Milli Məclisə seçkilərdə aktiv və passiv seçki dairələri açıqlanıb. BAKU.WS xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) İnformasiya Mərkəzinin...