Göyərtəsində 16 türkün olduğu gəminin batma anı: "Allahım batırıq!" - VİDEO
24
yan
2024
19:19
16-sı türk olan 21 dənizçi olan gəminin Şanxay sahillərində batma anının görüntüləri yayılıb.
BAKU.WS xəbər verir ki, görüntülərdə türk dənizçilərindən birinin “Allahım batırıq!”, - deyə qışqırdığı əks olunur.
Qeyd edək ki, Şanxay sahillərində Marşal bayraqlı “Omeqa” gəmisi “Mirabella” adlı gəmi ilə toqquşaraq batıb. Gəmidə 16-sı türk olan 21 dənizçi digər gəminin ekipajı tərəfindən xilas edilib.
Hazırda onların təxliyəsi üzrə işlər aparılır. Xilas edilənlərin vəziyyətinin yaxşı olduğu vurğulanıb.
Oxşar xəbərlər
İçərisində 16 türkün olduğu gəmi Şanxay sahillərində batıb - VİDEO
İçərisində 16 türkün olduğu gəmi Şanxay sahillərində batıb. BAKU.WS xəbər verir ki, bu barədə Türkiyənin Dənizçilik Baş İdarəsi məlumat yayıb. Bildirilib ki, Şa...