General: "Vətən müharibəsində Daxili Qoşunlarda 66 nəfər şəhid olub, 346 nəfər yaralanıb"
Yeniliklərdən dərhal xəbərdar olun
"Ali Baş Komandan İlham Əliyevin vahid komandanlığı altında dəmir yumruq kimi birləşən Silahlı Qüvvələrimiz, o cümlədən Daxili İşlər Nazirliyinin hərbi qulluqçuları və polis əməkdaşları Vətən müharibəsində şərəfli döyüş yolu keçib".
BAKU.WS xəbər verir ki, bunu Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının komandanının müavini general-mayor İnqilab Muradov Zəfər Gününün ikinci ildönümünə həsr olunan mərasimdə deyib.
O bildirib ki, Daxili Qoşunların şəxsi heyəti Murovdağdan Şuşaya qədər gedən döyüşlərdə iştirak edib:
"Torpaqların azad olunması zamanı 66 nəfər şəhidlik zirvəsinə ucalıb, 346 nəfərin yaralanıb. Dörd nəfər Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb. Minlərlə əməkdaş isə orden və medallarla təltif olunub".
Oxşar xəbərlər
Bir qrup hərbçi “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildi
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...