General Hikmət Mirzəyev Şuşanın azad edilməsi ilə bağlı detalları açıqladı - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
"Digər rayonların azad edilməsindən fərqli olaraq Şuşa əməliyyatında xüsusi tələblər mənim tərəfimdən qoyulmuşdu. Əsas fikir, diqqət və güc tapşırıqların yerinə yetirilməsinə cəmləşdirilmişdi".
BAKU.WS xəbər verir ki, Vətən Müharibəsi Qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin komandanı, general-leytenant Hikmət Mirzəyev bu sözləri “Şuşa, sən azadsan!” sənədli filmində bildirib:
"İçimizdə daim bir hiss olub ki, Şuşanı azad edəcəyik. Bu inam bizdə olub. Mən hətta Müdafiə Nazirliyində bir-iki nəfərə bunu qeyd etmişdim. Vətən Müharibəsinin birmənalı olaraq qəhrəmanları Azərbaycan əsgərləridir".
Oxşar xəbərlər
Əziz Şuşa, iyirmi doqquz ildən sonra 8 mayı azad qarşılayırsan - FOTO
Azərbaycanın qədim şəhəri olan Şuşa 29 ildən sonra ilk dəfədir may ayının 8-ni azad şəkildə qarşılayır. Uzun illər 8 may tarixini Şuşa şəhərinin işğal günü kimi...