Gənclər və İdman İdarəsində sektor müdiri idi, xəstəxana direktoruna müavin təyin olundu
07
dek
2025
13:14
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Sabirabad Rayon Mərkəzi Xəstəxanasının direktoruna inzibati məsələlər üzrə müavin təyin olunub.
Oxu.Az "Unikal"a istinadla xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanovun əmri ilə bu vəzifəyə Kənan Ənvər oğlu Ağababayev təyinat alıb.
Qeyd edək ki, Kənan Ağababayev buna qədər Mil-Muğan Regional Gənclər və İdman İdarəsində Maliyyə-İqtisadiyyat sektorunun müdiri vəzifəsində çalışıb.
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...