Gəncənin və digər iki rayonun prokuroru dəyişdi
Prokurorluq orqanlarında yeni təyinatlar olub.
BAKU.WS "Qafqazinfo"a istinadən xəbər verir ki, baş prokuror Kamran Əliyevin imzaladığı əmrlə Gəncə şəhər prokuroru Azad Qarayev vəzifədən azad edilib. O, Lənkəran rayon prokuroru vəzifəsinə göndərilib.
Digər əmrlə Rauf Gözəlov Qazaxın prokuroru vəzifəsindən azad edilib. O, Gəncə şəhərinin prokuroru vəzifəsinə təyin edilib.
Bakı şəhər Prokurorluğunun Təşkilat və icraya nəzarət şöbəsinin rəisi Rövşən Əliyev isə Qazax rayonunun prokuroru vəzifəsinə təyinat alıb.
Qeyd edək ki, Gəncənin prokuroru təyin edilən Rauf Gözəlov Şuşanın keçmiş icra başçısı, 1991-ci ildə Şuşada kabinetində qətlə yetirilən Mikayıl Gözəlovun qardaşı oğludur.
Oxşar xəbərlər
Erməni feyk yaradıcılığı - San-Ladzaro-delyi-Armeni adasından Qarabağın Gəncəsərinədək
Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin bu günlərdə Qarabağ və Şərqi Zəngəzurun azad edilmiş ərazilərinə səfəri Ermənistan cəmiyyətind...