Gənc liderlər Baş nazirin müavini ilə görüşüblər
Yeniliklərdən dərhal xəbərdar olun
Gənclər və İdman Nazirliyi və Heydər Əliyev Mərkəzi 2019-cu ildən “Heydər Əliyev siyasi məktəbini öyrənirik” Gənc Liderlər Proqramının icrasına start verib.
BAKU.WS xəbər verir ki, bu barədə Nazirliyin mətbuat katibi Samaya Məmmədova məlumat verib.
Onun sözlərinə görə, proqramın əsas məqsədi gənclərdə müstəqil dövlətçilik ənənələrinə hörmət və sədaqət hissinin gücləndirilməsi ilə onlarda liderlik keyfiyyətlərinin inkişafına şərait yaratmaqdır.
Cari ilin aprel ayından start verilmiş proqramda iştirak etmək üçün 350-dən artıq gənc müraciət edib. İlkin seleksiyadan sonra 171 gənclə onlayn formada müsahibə aparılıb və nəticədə 115 gənc iştirakçı kimi seçilib.
İştirakçıların seçimi zamanı onların ictimai fəallığı, təşkilatçılıq bacarıqları, dünya görüşləri və hadisələrə baxışları, ünsiyyət və əlaqə qurmaq bacarıqları, komandada işləmək təcrübəsi kimi meyarlara üstünlük verilib.
Avqust-oktyabr aylarında proqram çərçivəsində onlayn formada rəsmi şəxsərlə görüşlər, vebinarlar və təlimlərin keçirilməsi nəzərdə tutulub.
İlk görüş “Azərbaycancılıq məfkurəsi: tarix və gələcəyə baxış” mövzusunda Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədovla olub. Görüş zamanı ümummilli lider Heydər Əliyevin fəaliyyəti, gördüyü mühüm işlər, Azərbaycanın regionda rolu, tarixi aspektlər, Azərbaycanın gələcəyi, Azərbaycançılıq məfkurəsi və s. istiqamlər üzrə məlumatlar verilib. Ən əsası isə müstəqiliyimizin daha da möhkəmləndirilməsi üçün gənclərin üzərinə düşən vəzifələrə dair onlara tövsiyələr verilib.
Çıxışlardan sonra gəncləri maraqlandıran sullar cavablandırılıb.
Qeyd edək ki, proqramın həyata keçirilməsi Azərbaycan Respublikası Prezidentinin 15 sentyabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının Tədbirlər Planının 5.1.1-ci yarımbəndinin (ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin gənclər arasında geniş təbliğ olunması) icrasını əhatə edir.
Qalereya
Oxşar xəbərlər
Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasını keçirib - VİDEO (YENİLƏNİB)
İyulun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının y...