Gələn il Füzuli şəhərinə məcburi köçkünlər qayıdacaq
Yeniliklərdən dərhal xəbərdar olun
2024-cü ildə Füzuli şəhərinə ilk köç planlaşdırılır.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətov Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Şəhərsalma Məsələləri üzrə İşçi Qrupun bu gün Füzuli Beynəlxalq Hava Limanında keçirilən iclasında bildirib.
"Bu istiqamətdə çox ciddi işlər aparılır. Məcburi köçkünlərin qayıtması üçün digər layihələrin icrası sürətləndirilməlidir", - deyə o, qeyd edib.
Bundan başqa, sədr müavininin sözlərinə görə, qısa müddətdə Füzulidə Mərkəzi Xəstəxananın tikintisinə başlanılacaq:
"Təhsil Nazirliyi isə peşə liseyinin tikintisinə başlayacaq. 2024-cü ildə minimum yaşayış şəraiti yaratmalıyıq. Bu hədəflə işlərimiz davam edir".
Oxşar xəbərlər
Yaxın 3 ildə Füzulidə 6 minə yaxın ev tikiləcək
2026-cı ilə qədər Füzuli rayonunda 5 678 evin - 2 326 mənzilin və 3 352 fərdi yaşayış evinin tikintisi planlaşdırılır. BAKU.WS report-a istinadən xəbər verir ki...