“Gallup”: Dünyada Vaşinqtondan narazılıq reytinqi artıb
23
apr
2024
21:21
Dünyada Vaşinqtondan narazılıq reytinqi il ərzində 3 faiz bəndi artaraq 2023-cü ilin sonunda 36 faiz təşkil edib.
“Report” xəbər verir ki, bunu “Gallup” sosioloji xidmətinin 130 ölkədə keçirdiyi ictimai rəy sorğusunun nəticələri göstərir.
Hazırkı Prezident Cozef Baydenin 2021-ci ildə vəzifəyə gəlməsindən sonra 45 faizə yüksələn ABŞ-dən razılıq reytinqi 2022-ci ildə 41 faizə düşüb və keçən ilin sonunda dəyişməyib.
Sorğunun nəticələri göstərir ki, ABŞ-nin 2021-ci ildə 33 faizə enən və 2022-ci ildə də dəyişməyən qlobal narazılıq reytinqi 2023-cü ildə 36 faizə yüksəlib.
Oxşar xəbərlər
İrəvanda “seçki” tragikomediyası: Ermənilərin yeni sahibi və Moskvanın kürəyinə sancılan xəncər - FOTO
İrəvanda meriya uğrunda çəkişmələrin əsas simaları paytaxt seçkisini Azərbaycana qarşı radikal ritorika hesabına udmaq istəyən və siyasi mübarizəyə yumor səhnəs...