Füzuli şəhərinin ərazisi minalardan təmizlənir - RƏSMİ

Füzuli şəhərinin ərazisi minalardan təmizlənir - RƏSMİ
Siyasət 151

İşğaldan azad edilən Füzuli rayonunun minalardan təmizlənməsi işlərinə başlanılıb.

BAKU.WS xəbər verir ki, bunu Trend-ə açıqlamasında Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev deyib.

Onun sözlərinə görə, artıq Füzuli rayon Polis şöbəsi işğaldan azad edilən əraziyə köçürülüb:

"Ərazidə komendantlıq yaradılıb. Hazırda Füzuli-Əhmədbəyli avtomobil yolunun çəkilməsi üçün layihələndirilmə işləri aparılır. Ərazilərin minalardan təmizlənməsi başa çatandan sonra digər tikinti-təmir işlərinə başlanacaq".

Son xəbərlər