Füzuli şəhərindən Horadiz və Əhmədbəyliyə marşrut xətti açılacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Füzuli şəhərindən Horadiz qəsəbəsinə və Əhmədbəyli kəndinə marşrut xətti istifadəyə veriləcək.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə bu gün Füzuli şəhərinə köçürülən sakinləri qarşılama mərasimində Qarabağ İqtisadi Rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə prezidentin xüsusi nümayəndəliyinin əməkdaşı Eldar Seyidov bildirib.
Qeyd edilib ki, Füzuliyə köçürülən sakinlərin gündəlik tələbatını ödəmək üçün şəhərdə yeni market istifadəyə verilib. Lakin digər zəruri tələbatları ödəmək, əhalinin şəhərdən kənara gediş-gəlişini təmin etmək üçün Füzuli - Əhmədbəyli, Füzuli - Horadiz marşrutlarının açılması da nəzərdə tutulur.
Marşrutların yaxın zamanda işə düşməsi planlaşdırılır.
Oxşar xəbərlər
Qarabağda işləmək istəyən şəxslərin NƏZƏRİNƏ! - Bu güzəştlər olacaq - VİDEO
İşğaldan azad edilmiş ərazilərdə yaradılmış Ağdam Sənaye Parkı və Araz Vadisi İqtisadi Zonası Sənaye Parkının rezidentləri ölkənin bütün sənaye parklarına şamil...