Futbol matçı zamanı kütləvi dava olub, 100-dən çox azarkeş saxlanılıb - VİDEO
26
mar
2018
11:11
Argentinanın futbol üzrə II Divizionunda "Los Andes" və "Braun Adroqe" komandaları arasında keçirilmiş oyun tribunalarda fanatların kütləvi davası üzündən dayandırılıb.BAKU.WS-in Reporta istinadən məlumatına görə, toqquşma matçın start fitindən 16 dəqiqə sonra başlanıb.Əvvəlcə azarkeşlər bir-birilərinə daş və şüşə qablar atıblar. Sonra isə münaqişə yumruq döyüşlərinə keçib. İğtişaşı polis rezin güllələrin köməkliyi ilə dayandırıb.On bir dəqiqə sonra oyun davam etdirilib. Hadisə nəticəsində 100-dən çox fanat saxlanılıb.Görüş "Los Andes"in 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.Nihat HÜSEYNZADƏBAKU.WS
Oxşar xəbərlər
Bakı Olimpiya Stadionundan ailəli azarkeşlər üçün YENİLİK
Futbol üzrə Azərbaycan və Belarus milli komandaları arasındakı yoldaşlıq matçı zamanı ailəli azarkeşlər üçün xüsusi sektor yaradılacaq. BAKU.WS xəbər verir ki,...