Fuad İsmayılov: "Erməni terrorundan əziyyət çəkən ailələr və hərbçilərimizə psixoloji xidmətlər təklif etdik"

Fuad İsmayılov: Erməni terrorundan əziyyət çəkən ailələr və hərbçilərimizə psixoloji xidmətlər təklif etdik
Siyasət 6

"Bildiyiniz kimi vətən müharibəsindən sonra bir çox insanlarda psixoloji travmalar başladı. Burada söhbət erməni terrorundan əziyyət çəkən ailələrdən və hərbçilərimizdən gedir. Biz müxtəlif psixoloji xidmətlər təklif etdik. İnsanlara daha mühüm psixoloji dəstək lazımdır, "For Azerbaijan" xeyriyyə təşkilatı ilə ölkəmizə bir çox layihə gəldi. Bu layihə keyfiyyətinə görə fərqlənir".

BAKU.WS xəbər verir ki, bu sözləri Psixi Sağlamlıq Mərkəzinin direktoru, professor Fuad İsmayılov "PTSP hallarında Yazılı Ekspozisiya Terapiyası" kitabının təqdimat mərasimində bildirib.

O həmçinin qeyd edib ki , Amerikada yaşayan aparıcı mütəxəssislər bizim psixoloqlarımıza təlim keçiblər. Onlar KİT və YET terapiyalarına yiyələndilər.

Xatırladaq ki, bu gün Yeni klinikada For Azerbaijan Beynəlxalq təşkilatının və İTS-nın tərəfdaşlığı ilə həyata keçirdiyi "Azərbaycan Psixoloji Reabilitasiya İmkanlarının Artırılması" layihəsi çərçivəsində PTSP hallarında Yazılı Ekspozisiya Terapiyası" kitabının təqdimat mərasimi keçirilib.

Son xəbərlər