Fransada yaşayan Təbriz əsilli azərbaycanlı tədqiqatçılar Ağdama səfər ediblər - FOTO

Fransada yaşayan Təbriz əsilli azərbaycanlı tədqiqatçılar Ağdama səfər ediblər  - FOTO
Foto
Siyasət 103

Təbriz əsilli və hazırda Fransada yaşayan azərbaycanlı tədqiqatçılar, İran azərbaycanlılarının insan hüquqları müdafiəçiləri Azərbaycana səfər çərçivəsində Ağdama gəliblər.

BAKU.WS Trend-ə istinadla xəbər verir ki, tədqiqatçılar ilk olaraq rayonun işğaldan azad olunan Ağdamkənd kəndinin xarabalığı ilə tanış olublar.

Daha sonra qonaqlar İmarət abidə kompleksində olublar.

Səfər iştirakçıları gün ərzində erməni vandallığına məruz qalmış yaşayış evləri ilə və Azərbaycan dövlətinin apardığı təmir-bərpa işləri ilə tanış olacaqlar.

Son xəbərlər