Fransada iğtişaşlar zamanı xəsarət alan azərbaycanlı varmı? - FOTO

Fransada iğtişaşlar zamanı xəsarət alan azərbaycanlı varmı? - FOTO
Siyasət 37

Fransada Əlcəzair əsilli yeniyetmənin polis tərəfindən qəddarcasına öldürülməsi nəticəsində iğtişaşlar başlayıb. Fransada təhsil alan, yaşayan azərbaycanlılar da az deyil. Təqribən 4 000-5 000 nəfər vətəndaşımız orada yaşayır. Baş verən iğtişaşlar zamanı xəsarət alan həmyerlilərimiz varmı?

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə hələlik Azərbaycanın Fransadakı Səfirliyinə belə bir məlumat daxil olmadığını bildirib.

Fransada iğtişaşlar zamanı xəsarət alan azərbaycanlı varmı? - FOTO
Qeyd edək ki, XİN Fransada baş verən iğtişaşları, polis tərəfindən kütləvi zorakılığı, vətəndaş itaətsizliyini, hakimiyyət orqanları tərəfindən adekvat addım atmaq qabiliyyətinin olmamasını, irqçi təmayüllü tendensiyaların daha da güclənməsini nəzərə alaraq, Azərbaycan Respublikası vətəndaşlarının zəruri olmadığı təqdirdə Fransa Respublikasına səfərdən çəkinmələri, səfər edənlərin isə yüksək ehtiyatlılıq nümayiş etdirmələrini tövsiyə edir.

Son xəbərlər