Fransada ifrat sağçılar Makronun ümumAvropa nüvə silahı ideyasını tənqid ediblər

Fransanın sağyönümlü partiyalarının liderləri prezident Emmanuel Makronun ümumAvropa nüvə çəkindirmə qüvvələrinin yaradılması təklifinə qarşı çıxıblar.
"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə BFM TV telekanalı məlumat yayıb.
"Biz "qırmızı düymə"ni bölüşmək ideyasına tamamilə qarşıyıq, söhbət bizim milli suverenliyimizdən gedir", - ultrasağçı "Milli birlik" partiyasının lideri Jordan Bardell bildirib.
Ötən gün bu partiyanın parlamentdəki fraksiyasının rəhbəri Marin Le Pen də bu fikri dəstəkləyib.
Bununla yanaşı, "Respublikaçılar" partiyasının sədri Loran Vokye hesab edib ki, Fransa "qırmızı düyməni" bölüşməməlidir.
Oxşar xəbərlər
Bakıda sinaqoqa terror hücumu hazırlayarkən DTX tərəfindən tutulan İŞİD üzvünün məhkəməsi başlayıb
Azərbaycanda terrora hazırlıqda təqsirləndirilən Abdulla Əliyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. BAKU.WS APA-ya istinadən xəbər verir ki...
