Fransada Avallon merinin evindən 70 kq narkotik vasitə tapılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Fransa polisinin Yonna departamentinin Avallon kommunasının meri Camili Habsauinin evində apardığı axtarış nəticəsində ondan 70 kq narkotik vasitə aşkar olunub.
BAKU.WS Report-a istinadən xəbər verir ki, bu barədə BFMTV kanalı məlumat yayıb.
Əməliyyat ölkənin Daxili İşlər Nazirliyinin elan etdiyi narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə kampaniyası çərçivəsində həyata keçirilib. Telekanalın qeyd etdiyi kimi, hüquq-mühafizə orqanlarında kommuna merinin qardaşının qadağan olunmuş narkotik maddələrin alveri ilə əlaqəsi barədə məlumat var idi.
Habsaui özü Fransa Sosialist Partiyasını təmsil edir və 2021-ci ildə Avallon meri vəzifəsinə seçilib.
Oxşar xəbərlər
Makronun Fransası - erməni mafiyası və lobbisinin xidmətçisi - ŞƏRH
Fransa dünyanın siyasi məkanında batan, sönən ulduzu xatırladır. Böyük dövlətlərin çöküşü belə olur. Vaxtilə bu ölkə böyük imperiyalardan sayılsa da, XVIII əsri...