Fransada iğtişaşlarla əlaqədar 700-dən artıq etirazçı saxlanılıb - YENİLƏNİB

Fransada iğtişaşlarla əlaqədar 700-dən artıq etirazçı saxlanılıb - YENİLƏNİB
Siyasət 26

Fransanın böyük şəhərlərində ötən gecə boyu etiraz aksiyaları davam edib.

Fransa mətbuatında qeyd olunur ki, ötən gecə etirazçılardan 719 nəfər saxlanılıb. Paris və ətraf ərazilərdə saxlanılanların sayı 200 nəfərə yaxın olub.

***10:12

Fransa polisi gecə 427 iğtişaşçını saxlayıb.

Bu barədə Fransanın daxili işlər naziri Jerald Darmanin özünün “Twitter” səhifəsində yazıb.

Onun sözlərinə görə, ötən gecə olduğu kimi, bu gecə də ölkədə 45 min polis və jandarm öz vəzifəsini yerinə yetirib.

Qeyd edək ki, iyunun 27-də Nanter şəhərində polis əməkdaşının yol hərəkətinə nəzarət zamanı 17 yaşlı əlcəzairli sürücünü güllələyərək öldürməsi ölkədə kütləvi narazılığa səbəb olub.

Son xəbərlər