Fransa və Braziliya Prezidentləri xanımlarına söz atdılar

27
avq
2019
13:45
Fransa prezidenti Emmanuel Makron braziliyalı həmkarı Jair Bolsonarunu sərt tənqid edib.BAKU.WS xəbər verir ki, buna səbəb Jair Bolsonarunun Fransanın birinci ledisi barəsində kinayəli fikirləri olub. Emmanuel Makron Biarritsdə mətbuat konfransında deyib ki, Braziliya rəhbəri xanımı barəsindəki fikirlərinə görə utanmalıdır.Tərəflər arasında narazılıq isə Facebook istifadəçisi Rodriqo Andreasın öz səhifəsində Amazon meşələrindəki yanğınla bağlı paylaşım etməsindən sonra başlayıb. Paylaşımda Bolsonarunun 37 yaşlı xanımı ilə, Makronun isə 66 yaşlı Bricitlə şəkilləri olub.Daha sonra şəkilə Bolsonaru şərh yazıb və "Adamı aşağılama. Lol",-deyə qeyd edib. Fransa prezidentinin bu yazışmalara münasibəti çox sərt olub: "Braziliyalılara çox hörmət etdiyimdən ümid edirəm ki, onların özünü normal aparmağa qadir prezidentləri olacaq".
Oxşar xəbərlər
Makron Rusiyanı “SƏKKİZİNCİ” edə biləcəkmi?
Fransa prezidenti Emmanuel Makron rusiyalı həmkarı Vladimir Putinlə son görüşündə Rusiyanın “böyük yeddilər"ə qayıtmasına tərəfdar olduğunu deyib. Putin üçün bu...
