Fransa Ukraynaya hərbi yardımı 170 milyon avro artırır
Yeniliklərdən dərhal xəbərdar olun
Fransa Ukraynaya hərbi yardımı 170 milyon avro artırır.
"Report" xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Oleksiy Reznikov tviterdə yazıb.
Belə ki, iyulun 11-də Vilnüsdə Ukrayna və Fransanın müdafiə nazirləri hərbi yardımın artırılması haqqında saziş imzalayıblar.
Reznikov qeyd edib ki, Ukraynaya silahların alınması və tədarükü prosesi də sadələşdiriləcək. Bundan əlavə, ehtiyat hissələrinin birgə istehsalı və xarici silahlara texniki xidmət yaradılıb.
Daha əvvəl bildirilib ki, 11 ölkə Kiyevlə ukraynalı pilotların hazırlanması üzrə bağlı memorandum imzalayıb.
Oxşar xəbərlər
Niderland Ukraynaya yeni hərtərəfli dəstək paketi ayıracaq
Niderland Ukraynaya ümumi dəyəri 118 milyon avrodan çox olan ikinci hərtərəfli dəstək paketi təqdim edəcək. Vəsait humanitar ehtiyaclar və iqtisadi yardım üçün...