Fransa Prezidenti Azərbaycanın 8 erməni hərbçini Ermənistana geri qaytarmasından danışıb
Yeniliklərdən dərhal xəbərdar olun
“Azərbaycanın 8 erməni hərbçini Ermənistana təhvil verməsini alqışlayıram. Bizim böhran mərkəzi hərbçilərin qaytarılması üçün təyyarə təşkil edib”.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Fransanın Prezidenti Emmanuel Makron Rusiya Prezidenti Vladimir Putinlə danışıqların yekunlarına dair birgə mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanla videoformatda keçirilən görüşdə itkin düşmüş şəxslərlə bağlı məsələ qaldırılıb:
“Bu da stabillik elementidir. Rusiya hərbçilərinin Azərbaycan və Ermənistan sərhədində baş verən gərginlik zamanı oynadığı vacib rolu yüksək qiymətləndirirəm”.
Oxşar xəbərlər
Prezident İlham Əliyev İspaniyanın “El Pais" qəzetinə müsahibə verib - TAM MƏTN
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 14-də Brüsseldə İspaniyanın “El Pais" qəzetinə müsahibə verib. BAKU.WS müsahibənin tam mətnini təqdi...